Zəngəzurla bağlı gərginlik artır – İran gecəliklə…
Zəngəzur dəhlizi barədə danışan İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçilu Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.
Teleqarf.com İran mətbuatına istinadla xəbər verir ki, o, dünən gecə saatlarında məsələ ilə əlaqədar Tehranda Rusiya səfiri Aleksey Dedovla görüşdüyünü bildirib.
Dəmirçilu İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını Rusiya səfirinin diqqətinə çatdırıb.
Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat “sabit sülh və regional əməkdaşlıq, eləcə də ölkələrin milli suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı maraqlara hörmət”in Rusiya və İran üçün önəmli olduğunu iddia edib.
Dəmirçilu və Dedov həmçinin bütün tərəflərin maraqlarını nəzərə almaqla, region ölkələrinin potensialından problemlərin həlli və regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi proqramların həyata keçirilməsinə töhfə verməsinin vacibliyini vurğulayıb.