Həftəsonu 51 kq-a yaxın narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 14-də və 15-də ümumi çəkisi 51 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button