Azərbaycanın Minskdəki səfiri və Belarusun XİN başçısı yüksək səviyyədə təmaslara hazırlıq məsələlərini müzakirə ediblər
Azərbaycanın Minskdəki səfiri Məhərrəm Əliyev Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.
“Polise.az” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəflər bu ilin oktyabr-noyabr aylarında ən yüksək səviyyələrdə növbəti ikitərəfli təmaslara hazırlıq məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.
Bundan əlavə, görüşdə strateji ticari-iqtisadi razılaşmaların həyata keçirilməsi və regional əlaqələrin inkişafı vurğulanmaqla Belarus-Azərbaycan arasında olan bir çox məsələlər müzakirə edilib.
M.Rıjenkov və M.Əliyev xarici siyasət idarələri vasitəsilə birgə fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
Polise.az