Azərbaycanın XİN başçısı İƏT-in Baş katibi ilə ölkəsinin COP29-a sədrliyini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə Bakının COP29-a sədrliyini müzakirə edib.

“Polıse.az” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib. [Görüşdə] Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Polıse.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button