Avropa İttifaqı İrəvanla müzakirəyə başladı – Fevralda sərhəddə…
19 Noyabr 2024
Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqı (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmayacağı hələlik məlum deyil.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.
Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur. Diplomat İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib.
“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”, – Maraqos deyib.
Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq.