Sumqayıtda narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

Sumqayıtda narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

Sumqayıt şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə, zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici görüş keçirilib.

Görüşdə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, Sumqayıt Şəhər Polis İdarəsinin şöbə rəisi,polis mayoru Mahir Qurbanov, Sumqayıt şəhər Narkoloji Dispanserinin baş həkimi Vüsal Cabbarov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və ailələrə vurduğu ciddi zərərlərdən, narkotik vasitələrdən istifadənin ağır fəsadlarından və bu istiqamətdə aparılan profilaktik tədbirlərin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərinin keçirilməsi, xüsusilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması mühüm əhəmiyyət daşıyır. Gənc nəslin sağlam düşüncəli, məsuliyyətli və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasında ailənin, məktəbin və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb.

Görüş zamanı şagirdlərə narkotik vasitələrin yaratdığı fiziki və psixoloji asılılıq, onların insan həyatına mənfi təsirləri, eləcə də sağlam həyat tərzinin üstünlükləri barədə ətraflı məlumat verilib.

Sonda gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam və təhlükəsiz gələcəyinin təmin olunması istiqamətində bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

media-img-20261105-wa0187

media-img-20261105-wa0185

media-img-20261105-wa0183

media-img-20261105-wa0181

media-img-20261105-wa0179

media-add_4d35baa3872ac481c027a90e4ff18a4c

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button