İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Rəsmi Bakı da bu diplomatik fırıldağı qəbul etmədi” adlı süjetdə COP29 tədbiri çərçivəsində iki ölkə arasında sülh sazişinə dair sənədlərin imzalanması gözləntisinin nəticə verməməsinin səbəblərindən bəhs olunur.

Bildirilir ki, Bakıda qlobal iqlim problemlərinin müzakirəsi davam etdiyi vaxt, sülh sazişinin imzalanması ümidləri arxa plana keçib: “Bakıya gəlməyən erməni baş nazir bildirib ki, Ermənistanla Azərbaycan təkcə sülh sazişi və digər müqavilələr yox, strateji saziş də bağlamalıdır. Ermənistanın bu məsələdə əsas məqsədi sülh sazişinin imzalanmasından sonrakı dövrdə maraqlarını təmin etməkdir. Bu, həm də sülh sazişində rəsmi İrəvanın maraqlarının tam əksini tapımadığından xəbər verir.

Qeyd olunur ki, Paşinyanın təklif etdiyi “strateji saziş”də məqsəd məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycan üzərində Ermənistanın legitimlik qazanmasıdır: “Çünki Azərbaycan və Ermənistan BMT-yə qəbul edilsə də, iki ölkə arasındakı sərhəd bütövlükdə müəyyənləşmədiyi müddətdə Ermənistanın Paşinyanın da dediyi kimi, “kadastrı” olmayacaq. Bu, mövcud sərhədlərin istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişməsi perspektivini özündə saxlayacaq. Ermənistan hakimiyyəti bu perspektivin qarşısını almaq, bununla həm də öz yurdundan qovulmuş qərbi azərbaycanlıların geri qayıtmasını, ümumilikdə Qərbi Azərbaycan konsepsiyasını arxa plana keçirməyi düşünür”.

Süjetdə diqqətə çatdırılır ki, erməni ekspertlər Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında növbəti kapitulyasiyaya (red: ilk kapitulyasiya aktı 2020-ci ilin 10 noyabr tarixində baş verib) hazırlaşdığını düşünürlər: “Erməni politoloq Beniyamin Matevosyan, hərbi ekspert Davit Camalyan, ABŞ-da fəaliyyət göstərən “Kaliforniya kuryer” qəzetinin baş redaktoru Harut Sasunyan iddia edirlər ki, Ermənistan hakimiyyəti gözlənilən ikinci kapitulyasiyanı həyata keçirməyə çalışır”.

Sonda vurğulanır ki, Ermənistanın mövcudluğu Azərbaycanın haqlı tələblərinin yerinə yetirəcəyi təqdirdə olacaq: “Əks təqdirdə, bizim torpaqlarımız hesabına süni yaradılmış bu ölkə məhvə məhkumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 21-də saat 19:30-da “Baku Tv”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button