Bayden Netanyahun həbsi ilə bağlı orderi hədsizlik adlandırıb
ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verməsini yersiz hesab edir.
Polise.az xəbər verir ki, bu barədə onun Ağ Evin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında bildirilib.
“BCM-nin İsrail liderləri üçün həbs orderi verməsi hədsizlikdir. İcazə verin, bir daha açıq-aydın deyim, BCM nəyi nəzərdə tutsa da, İsrail və HƏMAS-ın bərabər olduğunu göstərən heç bir əlamət yoxdur”, – Bayden bildirib.
O həmçinin vurğulayıb ki, ABŞ öz təhlükəsizliyinə təhdidlər qarşısında həmişə İsrailin yanında olacaq.
Polise.az