Zelenski: Səngərdə olmayanlar mənim üçün general deyil
Kiyevdə keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin idarə olunmasına yanaşmaların dəyişdirilməsinin zəruriliyini bəyan edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, zabitlər əsgərləri görməlidirlər.
“Səngərdə olmayan general, təcrübəsinə baxmayaraq, mənim üçün general deyil. Generallar səngərdə olmalıdır”, – deyə Ukrayna lideri bildirib.
O əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin əsas vəzifəsi orduda bürokratiyanın azaldılmasıdır və prioritet məsələ “hərbçilərin mənəvi vəziyyətidir”.
Polise.az