Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib
BMT-nin baş katibi Antonio Quterreş “X” hesabında COP29-un nəticəsi ilə bağlı paylaşım edib.
Polise.az xəbər verir ki, baş katib razılığın əldə olunmasının 1,5 dərəcəlik qlobal iqlim hədəfinə nail olunması istiqamətində mühüm addım kimi dəyərləndirib.
Bununla belə o daha iddialı qərarlar gözlədiyini qeyd edib:
“Mən həm maliyyə, həm də iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması ilə bağlı daha iddialı qərarların veriləcəyini gözləyirdim.
Verilən qərarlar vaxtında və tam həcmdə yerinə yetirilməlidir.
Mən bütün hökumətləri buna çağırıram” – BMT-nin rəhbəri yazıb.
Polise.az