Bu ölkələr Rusiyaya qarşı birləşdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlaması ilə Ukraynaya yardımın sona çatacağı gözləntiləri Avropada narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, Fransanın “Le Monde” qəzeti İngiltərə və Fransanın bir sıra ölkələrlə koalisiya qüvvələri yaratmağı hədəflədiyini yazıb. Koalisiya üçün ən qaynar mövzu Ukraynaya quru qoşunlarının göndərilməsidir. Belə ki, İngiltərə və Fransa Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi hissələr göndərilməsini müzakirə edir.

Qəzetin Britaniya və Fransa hərbi mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Paris və London Ukraynada başçılıq edəcəkləri koalisiya qüvvələrinin yaradılması variantını da müzakirə ediblər. Bu addımlara səbəb ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasıdır. Koalisiyaya Polşa və Baltikyanı ölkələrin də qoşulmaq istədiyi bildirilir.

Noyabrın 11-də Fransanın paytaxtı Parisə gedən İngiltərə baş naziri Keir Starmerin Fransa prezidenti Emmanuel Makronla Ukraynaya hərbi dəstək məsələsini müzakirə etdiyi də iddia edilib. Bu səfərdən sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Londona səfəri baş tutub. Bildirilib ki, noyabrın 22-də İngiltərəyə gedən xarici işlər naziri iki ölkənin Ukraynaya qarşı atacağı addımları müzakirə edib. Lakin hələlik rəsmi bəyannamə dərc olunmayıb.

İki ölkə bu məsələləri müzakirə etsə də, digər Avropa ölkələrinin, xüsusən də Almaniyanın nə deyəcəyi maraq doğurur. Rusiyaya qarşı Ukraynanın yanında yer alacaq bu koalisiyanın liderinin kim olacağı da müzakirələr sırasındadır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button