Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşma olub
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb.
“Report” bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət yaşanır. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.
Hələlik həbslər qeydə alınmayıb.
Bir qədər əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili də etirazçılara qoşulub.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra müxalifət tərəfdarları parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanıblar.
Polise.az