Putin Əsəd üçün hərəkətə keçir?

Məlum olduğu kimi, Suriya Milli Ordusunun qüvvələri və Heyət Təhrir əş-Şam (HTŞ) Hələbə qarşı genişmiqyaslı əməliyyata başlayıb. HTŞ və bəzi müxalif qruplar Suriyanın ikinci böyük şəhəri Hələbi ələ keçirərək paytaxt Dəməşqə yürüş edəcəklərini bəyan edib, Suriyadakı vətəndaş müharibəsini birdən-birə 2015-ci ildəki status-kvo vəziyyətinə qaytarıb.

İndi Rusiyanın Bəşər Əsədi ikinci dəfə xilas edib-etməyəcəyi, Rusiya lideri Vladimir Putinin alacağı qərarlar maraq doğurur.

Musavat.com xəbər verir ki, Əsəd 3 gün əvvəl Moskvaya səfər edib Putinlə görüşsə də, Kremlin təmaslarla bağlı məlumat yaymaması, hətta heç bir şərh verməməsi mövcud vəziyyətin 9 il əvvəlki ilə müqayisədə çox fərqli olduğunu göstərir. Bu onu göstərir ki, Putin öz əsgərlərini Ukrayna cəbhələrindən çıxarıb Əsədin köməyinə göndərmək fikrində deyil, Rusiyanın öz gələcəyi isə dağıdıcı və qanlı Ukrayna müharibəsi ilə bağlıdır.

Rusiyadakı Yaxın Şərq ekspertləri də bildirirlər ki, Putin bu böhranda Əsədə hərtərəfli dəstək vermək niyyətində deyil. 2015-ci ildə Rusiya Suriyada İranla birgə hərəkət edib. Rusiya tərəfi Əsədi havadan dəstəklədiyi halda, İran qurudan Suriya müxalifətini darmadağın etməyə çalışıb. Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiyanın Suriyadakı Hmeymim aviabazasına göndərmək üçün nə əlavə döyüş təyyarələri, nə də İranın Livan və Qəzzadakı döyüşlərdən sonra Suriyaya göndərəcək qüvvəsi var.

Qərb xəbər agentlikləri Putinin yaxın 72 saat ərzində Suriyaya yardım göndərəcəyini iddia etsə də, logistik faktor da ciddi problemdir. Rusiyanın Xəzər dənizi, İran və İraq üzərindən nəqliyyat təyyarələri ilə Suriyaya əsgər və silah daşımaq cəhdi İraq-Suriya sərhəd bölgəsində məhv edilmə riski ilə üzləşir. Buna görə də Rusiyanın Əsədə verə biləcəyi yardım hazırda Hmeymim bazasında yerləşdirilmiş təxminən 20 döyüş təyyarəsinin atacağı bombalar və Tartus limanındakı 4 Rusiya hərbi gəmisindəki sursatla məhdudlaşır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button