Kaya Kallas və Antonio Kosta təcili Kiyevə getdilər

Avropa İttifaqının(Aİ) diplomatik xidməti və Avropa Şurasının (AŞ) yeni rəhbərləri Kaya Kallas və Antonio Kosta işlə başladığı ilk gündə Kiyevə gediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-dəki mənbə jurnalistlərə bildirib.
“Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin ali nümayəndəsi Kaja Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kos Kiyevə səfərə gediblər. Onlar Ukraynaya birgə dəstək nümayiş etdirmək üçün Kiyevdədirlər”, – xəbərdə belə bildirilir.

Qeyd edək ki, Kostanın Zelenski ilə mətbuat konfransı keçirəcəyi istisna olmaqla, səfərin təfərrüatları təhlükəsizlik səbəbindən açıqlanmır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button