Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoyması qərarını müvəqqəti hal sayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığa son qoymasına münasibət bildirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bunun müvəqqəti olduğunu, hazırkı Ağ Ev administrasiyasının yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışdığını qeyd edib.
“İndiki administrasiya yeni administrasiyaya mümkün qədər ağır bir miras qoymağa çalışır. Bunu Ukraynaya, indi də Gürcüstana münasibətdə edirlər. Bunun əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və yeni administrasiya ilə hər şeyi müzakirə edəcəyik. Bu, Salome Zurabişvili kimi müvəqqəti bir fenomendir”, – Kobaxidze deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti ötən gün davam edən etirazlar və hakimiyyətin Aİ ilə üzvlük prosesini dayandırması fonunda Gürcüstanla Strateji Tərəfdaşlığa son verildiyini açıqlayıb.
Polise.az