Suriyada müxaliflər Rusiyaya məxsus hərbi texnikanı ələ keçirdi
Sosial şəbəkələrdə Suriyada müxalif qüvvələr tərəfindən ələ keçirilmiş Rusiya hərbi texnikasına aid video yayımlanıb.
Məlumatlara görə, müxaliflər arasında baş verən toqquşmalar zamanı Rusiyaya məxsus bir sıra mühüm hərbi texnika qənimət olaraq götürülüb.
Ələ keçirilən texnikalar arasında “Pantsir” zenit-raket və top kompleksi, “Uraqan” reaktiv yaylım atəş sistemi və L-39 hərbi təyyarəsi yer alır. Bu cür strateji texnikanın müxaliflərin nəzarətinə keçməsi regiondakı gərginliyin daha da artmasına səbəb ola bilər.
Hazırda bölgədə hərbi vəziyyətin kritik olduğu bildirilir. Müxaliflərin bu texnikaları hansı məqsədlərlə istifadə edəcəyi və onların gələcək əməliyyatlara təsiri diqqətlə izlənilir.
Bu hadisə Rusiyanın Suriyadakı hərbi mövcudluğuna qarşı yeni bir problem yarada bilər.
Polise.az