Ərdoğan: Türkiyə Suriyadakı hadisələri diqqətlə izləyir

Türkiyə Suriyadakı hadisələri diqqətlə izləyir.
“Polise.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan monteneqrolu həmkarı Yakov Milatoviç ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müxtəlif səviyyələrdə təmaslar davam edir: “Türkiyə Suriya böhranının ölkənin ərazi bütövlüyü, milli birliyinin qorunması və xalqın tələbləri əsasında həll olunacağına ümid edir”.
Polise.az



