Mask Trampın seçki kampaniyasına 260 milyon dollar xərcləyib
SpaceX-in qurucusu İlon Mask ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Federal Seçki Komissiyasının sənədlərinə əsaslanaraq CNN telekanalı məlumat yayıb. Məqalədə qeyd olunur ki, SpaceX-in qurucusu prezident kampaniyasının ən böyük siyasi sponsorlarından biri olub və bu ilin seçkilərinin nəticəsinə böyük təsir göstərib.
ABŞ-ın seçilmiş prezidenti Tramp əvvəllər elan edib ki, Mask və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni quruma rəhbərlik edəcəklər. Tramp qeyd edib ki, yeni qurum geniş miqyaslı struktur islahatı aparmaq məqsədilə Ağ Ev və onun İnzibati Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək.
Polise.az