WSJ: Misir və İordaniya rəsmiləri Əsədə Suriyanı tərk etməyi məsləhət görüblər

Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırıblar.

“Polise.az ” xəbər verir ki, bu barədə cümə günü “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, “cümə günü Əsəd Suriyada qalırdı” və keçən həftə onun həyat yoldaşı və uşaqları “Rusiyaya gedib”. Qəzetin məlumatına görə, Əsəd Türkiyədən “üsyançıları dayandırmaq üçün müdaxilə etməsini” xahiş edib, həmçinin Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) silah və kəşfiyyat dəstəyi istəsə də, rədd cavabı alıb.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Vaşinqtonun fikrincə, Ankara Suriyadakı vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button