İran Suriyanı tərk edir
İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “New York Times” zeti öz mənbələrinə istinadən bildirib.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) bəzi əsgərləri artıq İraq və Livana təxliyə edilib. Dekabrın 2-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib ki, iranlı hərbi müşavirlər Suriyada olmaqda davam edəcək və terrorçularla mübarizədə Dəməşqə kömək edəcəklər.
Polise.az