Fransa kimi dövlətlər Ermənistanı Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır
Fransa kimi dövlətlər Ermənistanı Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır.
Bunu “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir:
“Bütün region dövlətləri buna müsbət yanaşmalıdır. Ermənistan öz konstitusiyasını dəyişməlidir. Sülhün əldə olunması üçün ATƏT-in keçmiş Minsk qrupunun ləğvi də vacibdir. Fransa kimi dövlətlər isə Ermənistanı ruhlandıran, Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır”.
Polise.az