SEPAH Azərbaycanı savaşla təhdid etdi: “Qafqazda müqəddəs müharibə yaxınlaşır…”-FOTO

Musavat.com xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) özünün rusdilli “Telegram” kanallarında Azərbaycana qarşı açıq hədə-qorxu dolu mesajlar yayımlayıb. SEPAH bəyan edib ki, Qafqazda “müqəddəs müharibə”nin vaxtı çatıb. Bu təhdidlər, İranın Suriya və Yaxın Şərqdəki məğlubiyyətlərinin üstünü ört-basdır etmək üçün yeni avantüralar axtardığını göstərir.

İranın muhafazakar dairələri və xüsusilə SEPAH, Suriyada böyük məğlubiyyətlərə uğrayaraq öz proksi qüvvələrini ərazidən çıxarmağa məcbur olub. Bu uğursuzluqlar fonunda, SEPAH-ın Azərbaycana qarşı yeni bir informasiya müharibəsinə başladığı aydın görünür. Yayılmış məlumatlarda iddia edilir ki, Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Rişard Murun Bakıya səfərindən sonra Azərbaycan guya Ermənistanın Sünik bölgəsinə hücum etməyə hazırlaşır.

Musavat.com-un əldə etdiyi məlumatlara görə, bu iddialar İranın regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat dolu bir ssenaridən başqa bir şey deyil. SEPAH və İranın muhafazakar dairələri diqqəti öz biabırçı uğursuzluqlarından yayındırmaq üçün belə provokasiyalara əl atır.

Azərbaycanın qonşuluq və sülh siyasətinə sadiq bir dövlət olduğu hər kəsə məlumdur. Azərbaycan heç bir halda bu cür ucuz təxribatlara uymayıb və uymayacaq. İranın və SEPAH-ın diqqətinə çatdırmaq istərdik ki, Suriyadakı məğlubiyyətlərinin dərdini çəkməyə davam etsinlər və bölgədə yeni gərginliklər yaratmaqdan əl çəksinlər. Azərbaycan regionda sabitlik və əməkdaşlığa töhfə verməkdə qərarlıdır və bu cür avantürist yanaşmaların uğursuz olacağı hər kəsə məlumdur.

Musavat.com hadisələri izləməyə davam edir və oxucularına ən son məlumatları çatdıracaq.

Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button