Tbilisidə etirazlar – 150 polis yaralandı, 372 nəfər saxlanıldı

Noyabrın 28-dən Tbilisidə keçirilən aksiyalarda 372 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 62-si artıq inzibati həbsə məhkum edilib, 100-dən çox şəxsə cərimə tətbiq olunub, digərləri ilə bağlı məhkəmə işləri davam etdirilir.

Nazir müavini 30-dan çox şəxsin cinayət məsuliyyətinə cəlb edildiyini deyib.

A. Daraxvelidze həmçinin bildirib ki, aksiyalar zamanı 150-dən çox polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button