Suriyadakı o sirli komandan TÜRK ÇIXDI

Suriya Milli Ordusunun komandanlarından biri və Suriyanı PKK-dan təmizləyən liderin türk olduğu təsdiqlənib.

Musavat.com bildirir ki, yeni ortaya çıxan məlumatlara görə, Suriya Milli Ordusu çatısı altındakı “Hamza” özəl qüvvətlər komandanı Seyf Polat türkmen kökənlidir. Bəlli olur ki, o, Türkiyənin milli təhlükəsizlik strategiyasında xüsusi əhəmiyyət daşıyan bir fiqurdur.

Sosial mediada yayılan görüntülərdə Suriya Milli Ordusuna aid qərərgahda komandanın bir masa arxasında müşavirə keçirdiyi görünür. Əlindəki “telsiz”lə o, Tel-Rıfatdan PKK ünsürlərinin təmizlənməsi əməliyyatına start verir. Maraqlıdır ki, həmin komandanın Türkiyədə siyasi liderlərdən biri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə də şəkilləri vardır və bu detal təqdim etdiyimiz videoda əks olunub.

6e1834b3-b3b4-4eaf-a518-1d2a1b726d6a.jpg (274 KB)

Hamza Özel Qüvvələr Diviziyası Komandanı Seyf Polat və Sultan Süleyman Şah Diviziyası Komandanı Məhəmməd Casim keçən ilin iyul ayında MHP Başqanı Dövlət Baxçalını ziyarət etmişdilər.

Bu da Seyf Polatın yalnız hərbi deyil, həm də Türkiyə ilə siyasi əlaqələrinin olduğu barədə gerçəyi üzə çıxardır.

Paylaşımı edən mənbələr bildirir ki, bu şəxs Türkiyənin bölgədəki strateji maraqlarını təmsil edir və onun fəaliyyətləri bütün Suriyadakı proseslərdə mühüm rol oynayır. Eyni zamanda, komandanın milli kimliyi, həm hərbi, həm də siyasi dairələrdə geniş maraqla qarşılanıb.

Polise.az
Whatsapp
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button