Hakan Fidan:Bir gecədə “yeni Suriya” yarandı”
“Suriya prezidenti Bəşər Əsəd hakimiyyətini itirdi, çünki o, ölkədəki hərbi əməliyyatlardakı fasilədən xalqla “barışıq” üçün istifadə etmədi”.
Musavat.com “Əl-Cəzirə” telekanalın istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O qeyd edib ki, bir gecədə bölgədə “yeni Suriya” yaranıb.
“Bəşər Əsəd rejimi süqut etdi. Və ölkəyə nəzarət əldən -ələ keçdi. Bu bir gecədə baş vermədi”, – diplomat vurğulayıb.
Fidanın sözlərinə görə, Suriya son 13 ildə “qarışıqlıq vəziyyətində”dir. 2016-cı ildə Rusiya və Türkiyənin vasitəçilik səyləri sayəsində ölkədə hərbi əməliyyatlar donduruldu, lakin Yaxın Şərq respublikasının rəhbərliyi bu vaxtdan xalqla dil tapmaq üçün istifadə etmədi.
“Suriya elə bir mərhələyə çatıb ki, xalq öz ölkəsinin gələcəyini təyin edəcək”, – nazir əlavə edib.
Dekabrın 8-nə keçən gecə noyabrın sonunda fəallaşan Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtı Dəməşq şəhərini nəzarətə götürüb. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin dövlət başçısı postunu tərk edərək xaricə getməyə qərar verdiyini açıqlayıb. Son məlumata görə, Əsəd ailəsi ilə Moskvadadır.
Polise.az