Əsəddən sonrakı hədəf: Türkiyənin Suriya planı açıqlandı
Türkiyə prezident Bəşər Əsədin devrilməsindən sonra keçid dövründə Suriyaya hər cür dəstək göstərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Türkiyə nəşri Ankaranın Suriya siyasətinin üç əsas istiqamətinə diqqət çəkib: Yeni Suriyanın qurulması, PKK terror təşkilatı və onun Suriyadakı qolu PYD/YPG/SDQ-yə qarşı mübarizə və suriyalı qaçqınların vətənlərinə qaytarılmasının təmin edilməsi.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkədə 2.9 milyon suriyalı qaçqın yaşayır.
Polise.az