Hikmət Hacıyev İsrail prezidenti ilə görüşüb –

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail prezidenti İsaak Hersoqla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və Prezident İlham Əliyevə salam çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında əməkdaşlıq və regional məsələlər müzakirə edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button