Orban ABŞ-da Tramp və Maskla görüşüb
Macarıstanın baş naziri Viktor Orban yeni seçilmiş prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib və onunla Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb.
“Report” xəbər verir ki, görüşdə həmçinin yeni Amerika administrasiyasının üzvü ola biləcək milyarder İlon Mask, Tramp tərəfindən prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təyin edilmiş Mayk Uolts və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak edib.
Görüşdə hansı məsələlərin müzakirə olduğu açıqlanmayıb.
Orban və Tramp bu il ərzində üçüncü dəfə görüşüb. Macarıstanın baş naziri ABŞ-da seçki kampaniyası zamanı respublikaçı namizədi açıq şəkildə dəstəkləyib və onun Ağ Evə qayıdacağına ümid etdiyini gizlətməyib.
Polise.az