ABŞ İsrailin Suriya ərazisini ələ keçirməsini dəstəklədi
ABŞ Dövlət Departamenti İsrailin Qolan təpələrində Suriya ərazisini ələ keçirməsini haqlı həsab edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Suriya ordusu razılaşdırılmış İsrail-Suriya bufer zonası ətrafındakı bölgədəki mövqelərini tərk edərək, potensial olaraq terror təşkilatları tərəfindən doldurula biləcək bir boşluq yaratmışdı. Bu durum İsrail dövləti və İsrail daxilində mülki əhalini təhdid edirdi”, – diplomat belə söyləyib.
Millerin sözlərinə görə, İsrail sərhədlərini qorumaq üçün atılan bu addımların müvəqqəti olduğunu bildirib.
ABŞ rəsmisi istənilən ölkənin terror təşkilatlarına qarşı tədbir görmək hüququnun olduğunu vurğulayıb.
İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl Qolan təpələrinin əbədiyyən yəhudi dövlətində qalacağını açıqlamışdı.
Polise.az