Moskvada MDB hökumət başçıları Şurasının iclası keçirilir

APA-nın Moskva müxbiri xəbər verir ki, Bauman adına Moskva Dövlət Texniki Universitetində Rusiya hökumətinin sədri Mixail Mişustinin sədrliyi ikə keçirilən iclasda Azərbaycan Baş naziri Əli Əsədov da iştirak edir.

Əli Əsədovun Rusiyaya işgüzar səfəri Azərbaycanın Rusiyadakı Səfirliyində ümummililider Heydər Əliyevin barilyefi önünə gül dəstəsi qoyması ilə başlayıb.

Daha sonra Azərbaycan Baş naziri MDB hökumət Başçıları Şurasının keçirildiyi Bauman adına Moskva dövlət texniki universitetində olub. Burada MDB-dən olan nümayəndə heyətləri universitetin kampusuna baxış keçiriblər, Kvantum parkı ziyarət ediblər. MDB ölkələrindən olan tələbələrin mühəhndis layihələri hökumət başçılarına təqdim olunub.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button