Rusiyanın dondurulmuş 15 milyard dolları Ukraynaya verildi

Ukrayna Nazirlər Kabineti Rusiyanın dondurulmuş aktivləri hesabına Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 15 milyard dollar alacağını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk “Teleqram” kanalında paylaşıb.

“Ukraynanın möhkəmlənməsinə sərmayə yatırmaq üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından büdcə dəstəyi üçün 15 milyard dollara qədər qrantın cəlb edilməsi təsdiqlənib” – Melniçuk deyib.

Qeyd edək ki, oktyabr ayında G7 liderləri Ukraynaya 50 milyard dollar kredit ayrılması ilə bağlı bəyanat vermişdilər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button