Blinkenin səfəri: Ərdoğanın sürprizi ABŞ-ı çaşdırdı – Razılaşmağa məcbur oldular
ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri çərçivəsində Suriya ilə bağlı tərəflər arasında razılaşma əldə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Nəşr yazır ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra baş tutan səfərdə Türkiyə tərəfi ABŞ-ın qarşısına diktə edən tərəf kimi çıxıb:
“Ankara Suriyada müvəqqəti hökumətlə bağlı prinsipləri və bundan sonra izlənilməsi lazım olan yol xəritəsini müəyyənləşdirib. Amerikalılarla görüşdə də bu prinsiplər paylaşılıb. Bu çərçivədə iki ölkə arasında konsensus əldə edilib.
Türkiyənin prinsiplərini belə sadalamaq olar:
Suriyanın ərazi bütövlüyü və siyasi birliyi qorunmalıdır.
Suriya dövləti azlıqlar və müxtəlif etnik qruplar da daxil olmaqla bütün xalqları əhatə etməlidir.
Suriya dövləti terrorla məşğul olmamalı və öz ərazisində terror təşkilatlarına sığınacaq verməməlidir.
Suriya kimyəvi silahdan istifadə etməməli və bu silahlara nəzarət edilməlidir.
Suriya qonşuları ilə yaxşı münasibətlər qurmalı və qonşularına öz ərazisindən təhdidlərə yol verməməlidir.
Türkiyə ilə ABŞ arasında bu mövzularda heç bir problem yoxdur”.
Nəşr bildirir ki, Ankaranın sürprizi ABŞ nümayəndə heyətinin üz ifadələrində hiss olunacaq qədər təəccübləndirib:
“ABŞ nümayəndə heyətinin təəccübü rəsmilərinin Ankarada verdiyi mesajlardan da aydın şəkildə göründü.
ABŞ-ın bu mövzuda təəssüratları belədir:
Türkiyə necə belə bir strategiya yaratdı və onu yerdə həyata keçirdi?
Dünyanın önəmli aktorları Suriyada olarkən, bu, necə reallaşdı?
Rusiya və İran necə Suriya Milli Ordusu və “Heyət Təhrir əş-Şam”ın qarşısını almadı və müdaxilə etmədi?
Yaradılan xətlər necə saxlanıldı?”
İki ölkə arasında ən müəmmalı məsələyə – ABŞ-ın Suriyada PKK/PYD/YPG terror təşkilatına dəstəyinə gəlincə, “Hürriyət” qeyd edir ki, Ankara amerikalılara bu mesajları verib:
“Terror təşkilatlarına son qoyulmalı, terror mənbəyində aradan qaldırılmalıdır. Bu siyasətdə güzəştə getmək olmaz.
Bilinməlidir ki, PKK və törəmələri artıq Suriyada olmayacaq. Bunu edəcək isə ilk növbədə Suriya hökuməti və xalqıdır.
PKK/PYD/YPG-nin sırlarında əcnəbi muzdlu döyüşçülər də var. Suriyalı olmayanlar lazımi hüquqi prosedurlarla öz ölkələrinə, yəni İran, İraq və Avropaya göndərilməlidir.
Suriyadakı hər kürd terror təşkilatının üzvü deyil. Terror təşkilatı olmayan kürdlərin hüquqları qorunmalıdır”.
Türkiyə İŞİD terror təşkilatı ilə bağlı da tələblərini ABŞ-a çatdırıb.
Məqalənin davamında qeyd olunur:
“Ankara bu dəfə “Ya terroru birlikdə yox edək, ya da özümüz yox edəcəyik” ifadəsini işlətmədi. Artıq yerdəki faktlar göstərir ki, durum bu ifadə və təkliflərdən çox-çox kənara çıxıb. Amma bu dəfə amerikalılar dedilər ki, gəlin koordinasiyada olaq, birlikdə işləyək”.
ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfəri çərçivəsində dünən Prezident Rəcəb Tayyib Ərdoğan və həmkarı Hakan Fidanla görüşüb. \Müəllif: Mənsur Rəğbətoğlu\
Polise.az