Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb

Polşa rusiyalı iş adamı, “Finstar Financial Group” investisiya qrupunun müşahidə şurasının sədri Oleq Boykonu sanksiyalar siyahısına əlavə edib.

“Report” xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Siemonyak dekabrın 12-də Boykonun sanksiya siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, onun Polşaya girişi qadağan edilib, ölkədəki aktivləri isə dondurulacaq.

O. Boyko hazırda Ukrayna və Avstraliyanın “Qara siyahı”sındadır. 2023-cü ilin noyabrında Kanada hakimiyyəti iş adamına qarşı sanksiyaları ləğv edib. “Forbes”in məlumatına görə, Boykonun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button