Britaniya Suriyanın yeni rəhbərliyi ilə əlaqə yaradıb

Böyük Britaniya Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” qruplaşması ilə əlaqə yaradıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi məlumat verib.

“Biz nümayəndəli, əhatəli hökumət görmək istəyirik. Kimyəvi silah ehtiyatlarının idarə olunmasını, istifadə edilməməsini və Suriyada zorakılığın davam etməməsini təmin etmək istəyirik. Bütün bu səbəblərə görə, əlimizdə olan bütün kanallardan istifadə edərək, bunlar diplomatik və təbii ki, kəşfiyyat kanallarıdır, biz “Həyat Təhrir əş-Şam” ilə tələb olunan sahələrdə işləməyə çalışırıq”, – deyə nazir vurğulayıb.

Bundan əvvəl krallığın hakimiyyət orqanları “Həyat Təhrir əş-Şam” qruplaşmasının statusuna yenidən baxılması imkanlarını müzakirə etməyə söz verib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button