Trampı Çörçilə oxşatdılar

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Donald Trampı “zəmanəmizin Çörçili” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Estoniya XİN rəhbərinin sözlərinə görə, Tramp Ukraynada uzunmüddətli sülhü təmin edə bilsə, bu titula layiq olacaq. Eyni zamanda, Tsaxna qeyd edib ki, bu məqsədə çatmaq üçün Tramp Kiyevə etibarlı təhlükəsizlik təminatları təklif etməlidir.

“Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı etibarlı və davamlı sülh razılaşmasına nail olarsa, dövrümüzün Çörçillinə çevrilə bilər”, – diplomat bildirib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button