Moskvada partlayış – General öldürüldü
Moskvada törədilən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.
Teleqraf.com Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, hadisə Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verib.
Partlayıcı qurğu yerli vaxtla səhər saat 6-da işə düşüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Rusiyanın “Baza” teleqram kanalı isə partlayışda həlak olanların rusiyalı general-leytenant İqor Kirillov və onun köməkçisi olduğunu yazıb.