Bəşəriyyət getdikcə kütləşir, kreativlik azalır – ilginc səbəblər

Ekspert: “Bir çoxları düşünür ki, ali təhsil olmadan da milyonlar qazanmaq olar”

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırması müasir cəmiyyətlərdə bacarıq və biliklərin vəziyyəti ilə bağlı qorxulu faktları ortaya çıxarıb. Araşdırmaya görə:

* Dünyada hər beş yetkin yaşlıdan biri yalnız ibtidai məktəb səviyyəsində oxu və riyaziyyat bacarıqlarını nümayiş etdirir;

*Kişilər hələ də riyaziyyatda liderdir, lakin cinslər arasında fərq getdikcə azalır;

*işçilərin üçdə birinin peşə vəzifələrini yerinə yetirmək üçün lazım olan kifayət qədər bilik və bacarığı yoxdur;

*Bir sıra ölkələrdə gənc nəslin (16-24 yaş) savadlılıq səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da xüsusi narahatlıq doğurur;

*Tədqiq olunan ölkələrin yarısında vəziyyət kritikdir: böyüklərin dörddə birinin bacarıqları 10 yaşlı uşaqların səviyyəsini keçmir.

Belə iddiaların real əsası varmı? Demək olarmı ki, səbəb həm də texnologiya əsrinin gətirdiyi yeniliklərdir?

Diplomlu məzunlar iş axtarışında - problem əmək bazarındadır, yoxsa...

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a açıqlamasında dedi ki, qlobal miqyasda texnologiyanın insanların həyatına, həyatlarının planlaşdırılmasına, karyerasına, göstəricilərinə təsiri var: “Rəqəmsal cəmiyyət şəraitində bu fərqliliklər özünü göstərəcək. İnsanların bir qismi rassional şəkildə dərk edirlər ki, təhsil onların karyerası, fəaliyyəti üçün önəmlidir. Digər kəsim isə fikirləşir ki, zəngin insanların bir çoxunun ali təhsili yoxdur. Onlar düşünür ki, ali təhsil olmadan da milyonlar qazanmaq olar.

Bill Qeyts  müsahibələrindən birində deyir ki, əgər indiki dövrün uşağı olsaydı, smart  telefonlar, sosial şəbəkə platformaları şəraitində dünyaya gəlsəydi, bəlkə də milyarder ola bilməzdi.  Çünki sosial şəbəkələr vaxt oğruları kimi qiymətləndirilir. Təbii ki, texnologiyaların təsiri var.  Təhsilin qarşısını alan maneələr içərisində müharibələr, iqlim dəyişmələri, iqlim qaçqınlığı da var. Milyonlarla insan qaçqın kimi başqa ölkələrə köçür. Bu da onların elmdən, təhsildən yayınmasına səbəb olur.

Sürətli rəqəmsal cəmiyyətin xarakterik xüsusiyyətləri də bəzən orta və yaşlı nəslin yeniliklərlə, dərsliklərlə ayaqlaşmasına səbəb olur. Bu baxımdan nəsillərarası sanki əlaqə itkisi yaranır. 

Azərbaycanda isə 8 milyona yaxın insan orta, ali və peşə təhsilli şəxslərdir. Ölkəmizdə işləməyən və təhsil almayan gənclərin saldosu  təqribən 23 faizdir. Azərbaycan 2030-cu ildə bu faizi 15-ə endirməyi hədəf kimi qarşısına qoyub. Ölkəmizdə ali təhsilli əhali 16 faiz təşkil edir. Sonrakı yerdə orta və peşə təhsilli insanlar durur. Bütövlükdə Azərbaycanda əhalinin savadlılıq səviyyəsi əvvəlki illərə baxanda xeyli artıb.

Bu həm də köhnə stereotiplərin əriməsi ilə bağlıdır. Əvvəllər qız uşaqlarının oxumasına bir qədər konservativ yanaşırdılar. İndi artıq qız övladlarının oxuması üçün təşviq edirlər. Bu baxımdan Azərbaycanda ali, orta və peşə təhsilli şəxslərin sayında artım müşahidə olunur.  Doğrudur, statistikaya görə bir sıra ölkələrdən geridəyik, lakin əvvəlki illərlə müqayisədə artım var. 

Bu gün gənclər fərqindədir ki, ali təhsil kifayət etmir. Peşə bacarıqlarını və əmək vərdişlərini də inkişaf etdirmək və əmək bazarında yerini tutmaq lazımdır”.

Ekspertin fikrincə, texnologiya, süni intellekt inkişaf etdikcə insanlarda inersiya yaranır: “Əvvəllər insanlar daha çox mənbələrlə maraqlanırdılar. İndi isə əlçatanlıq asanlaşıb, beyin gimnastikası edilmir. Bu da onların kütləşməsinə səbəb olan amillərdən biridir. Həmçinin fövqəladə hadisələr zamanı insanların evsiz qalması, məktəblərin coğrafiyalar üzrə düzgün paylanmaması, aşağı həyat şəraiti kütləşməni yaradan məqamlardandır. Bura miqrasiya amilləri də təsir göstərir”.  \Şahanə RƏHİMLİ, Musavat.com\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button