Türk qardaşlarımızı gözləyirik

Suriyanın yeni hökumətinə bağlı qüvvələr Rəqqa vilayətinin Səbha və Mədan qəsəbələrini və Zor Şamr kəndini PKK/YPG terror təşkilatından geri alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Süperhaber” portalı məlumat yayıb.

Rəqqada əməliyyata başlayan ərəb qrupları PKK/YPG üzvlərini həbs etməyə başlayıblar, terrorçuların nəzarət-buraxılış məntəqələri və obyektlərini nəzarətə götürdülər.

Rəqqadakı ərəb tayfaları Türkiyə ordusu və Suriyanın yeni hökumətini bölgəyə dəvət ediblər.

“Türk qardaşlarımızı gözləyirik”, – ərəblərin müraciətində qeyd olunur.

Suriya Milli Ordusundan sayta bildirilib:

“Təşkilat bölgədə qala bilməz. Artıq görünən odur ki, tezliklə nəzarət tamamilə bizə keçəcək. PKK/YPG tərəfdarları tez-tez dəfn görüntüləri paylaşır. Bu görüntülərdəki terrorçuların əksəriyyəti Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən zərərsizləşdirilib, bir çoxu da təşkilatdaxili edamların qurbanı olub.

Təşkilat kütləvi dəfn mərasimləri təşkil etməklə bölgə əhalisi arasında müqavimət və qisas yaratmağa çalışır. PKK/YPG terror təşkilatı işğal altındakı bölgələrdə insanları təşkilata qoşulmağa məcbur etmək üçün təhdid edir”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button