NATO baş katibindən etiraf – “Ciddi problemlər yaşayacağıq”
NATO-nun baş katibi Mark Rutte müdafiə xərclərinin artırılmasının tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, Rutte bu barədə “DPA” agentliyinə müsahibəsində bildirib.
NATO-nun baş katibi müdafiə sənayesinin genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.
“Bu sahədə xərcləri artırmasaq, dörd-beş ildən sonra ciddi problemlər yaşayacağıq”, – deyə Rutte söyləyib.
NATO lideri Rusiyanın alyans ərazisinə hücumu ilə bağlı uzunmüddətli perspektivdə narahat olduğunu diqqətə çatdırıb.
Polise.az