Suriyanın yeni müdafiə nazirindən ilk açıqlama: “Kürdlər…”
Suriyanın yeni müdafiə naziri Mərfa Əbi Kəsra ilk açıqlamasında ölkəsində fəaliyyət göstərən PKK terror təşkilatına bağlı qruplara xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, nazir bu terror qruplaşmalarının bölücü planlarının qəbul edilməyəcəyini bildirib.
“Biz kürd xalqı ilə “Suriya demokratik qüvvələri” (PKK-nın Suriya qanadı) arasında fərq qoyuruq. Kürd xalqı da Suriya xalqının bütün digər kəsimləri kimi tam hüquqlarını alacaq. Amma sadə dillə desək, heç bir parçalanma, federallaşma və ya buna bənzər layihələr olmayacaq. Suriya vahid olaraq qalacaq”, – Kəsra belə vurğulayıb.
Polise.az