Paşinyanyanın növbəti bəhanəsi…
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxduğunu açıqlayaraq, Sankt-Peterburqda keçiriləcək MDB qeyri-rəsmi sammitində iştirak etməyəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyanın bu açıqlaması bir çox suallar doğurub.
Tənqidçilər hesab edirlər ki, Paşinyan Rusiya ilə artan gərginliyi nəzərə alaraq sammitdən uzaq durmağa çalışır və bu, diplomatik bir bəhanə ola bilər.
Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammit, MDB ölkələri liderlərinin bir araya gəldiyi mühüm tədbirlərdən biridir. Lakin Paşinyanın sammitə qatılmaması Ermənistanın regional əməkdaşlıq mövqeyinə təsir edə bilər.
Paşinyanın koronavirus səbəbindən tədbirdən uzaq qalması ilə bağlı açıqlamasına münasibət hələlik rəsmi Moskva tərəfindən bildirilməyib.
Polise.az