Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

“Report” bu barədə AZAL-a istinadən xəbər verir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.

11:03

Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb.

“Report” xəbər verir ki, bu məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib.

Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button