Nazirlər Aktauda yaralılara baş çəkdilər – Video

“Qəzadan sonra bizi 2-3 nəfər təcili yardıma qoyaraq xəstəxanaya çatdırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət zamanı deyib.

Digər hadisə şahidi isə qəzanı belə xatırlayır:

“Təyyarəninin sol tərəfində partlayış oldu. Orada panel qopdu. Daha sonra qəza baş verdi”.

Yaralılardan biri isə həmin hadisəni sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button