“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırır

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırıb. 2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təqdim edilən sovqatlar dekabr ayının əvvəlindən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button