İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana GƏLDİ

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
Əli Əkbər Əhmədianı Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov qarşılayıb.
Polise.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. IRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button