Rusiya şəhərləri BOMBALANIR: Saratov və Engels VURULDU, neft bazaları OD içində…

Gecə saatlarında Ukrayna tərəfindən kütləvi dron hücumu nəticəsində Rusiya Federasiyasının Saratov və Enqels şəhərlərində vəziyyət gərginləşib.

Polise.az xəbər verir ki, Saratov vilayətinin qubernatoru Roman Busarqinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçan aparatları (PUA) vurub. Buna baxmayaraq, dron qalıqları Enqelsdə sənaye obyektinə düşüb.

Hadisə yerində hazırda yanğınsöndürmə briqadaları və fövqəladə xidmətlər fəaliyyət göstərir. Əsasən neft bazasında yaranan yanğının qarşısını almaq üçün intensiv işlər davam edir.

Hücumla bağlı rəsmi qurumlar əlavə məlumatların yaxın zamanda veriləcəyini bildirib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button