Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

Yanvarın 8-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycanda səfərdə olan general-mayor Nayid Ataqan oğlu Əl-Mutairinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında hərbi təhsil istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button