Nəsimi rayonunda oğurluqda və soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 1200 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 54 yaşlı B.Kazımzadə müəyyən olunaraq saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Orucovun müəyyən olunaraq saxlanılması təmin edilib.

Bundan başqa, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulmuş A.Cəfərovun rayon ərazisində bir evdən 3 min manat dəyərində naqil və müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlaması da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button