Ukrayna Rusiya PUA-larının saxlanma anbarını VURDU
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Hərbi Dəniz Qüvvələri Rostov vilayətində Rusiyanın kəşfiyyat PUA-ların saxlanma anbarını vurub.
Polise.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qeyd olunub ki, 10 yanvar gecəsi UTX-nin dronları və “Neptun” raketi Çaltır kəndinə yaxın olan hərbi sursat və kəşfiyyat dronlarının saxlanma anbarını hədəf alıb.
İlk növbədə, Rusiyanın hava hücumundan müdafiə sistemi PUA-larla yüklənib, daha sonra isə obyektə raket zərbəsi endirilib.
Polise.az