Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin tərkibindən çıxmalı olacaq

Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin də tərkibindən çıxmalı olacaq.

Polise.az xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov deyib. Senator vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük digər oxşar təşkilatlarda iştirakla bir araya sığmır. “Yeri gəlmişkən, əgər kimsə Avropa İttifaqına daxil olarsa, bu, təkcə Aİİ ilə deyil, həm də MDB ilə vidalaşmaq deməkdir”, – deyə Klimov izah edib. O, Ermənistanın Avropa İttifaqına üzvlüyünü “absurd” adlandrıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Avropa İttifaqına daxil olması ilə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bildirib. O, nəticədə Ermənistanda qiymətlərin qalxacağını, elektrik enerjisinin bahalaşacağını, ixracın 70-80% azalacağını, vizasız rejim müqabilində əhalinin azalacağını, əhalinin gəlirlərini və iş yerlərini itirəcəyini proqnozlaşdırıb. A.Overçuk İrəvanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib.

Ermənistan baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında İrəvandan Avropa İttifaqı ölkələrinə aviasərnişin daşımalarının 2018-ci ildən etibarən 400 faiz artması barədə yazdığı fikirləri Rusiya KİV-ləri ölkənin “Aİ-yə daxil olmaq üçün yeni arqument” adlandırıblar. Halbuki mətbuatın yazdığına görə, bu göstərici əsasən Moskvadan transfer üçün Zvartnots hava limanından istifadə edən rusların hesabına artıb. Məlum olduğu kimi, Rusiyadan Avropa ölkələrinə birbaşa aviareyslər dayandırılıb.

Xatırladaq ki, Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button